Modern.az

“Qarabağ münaqişəsi artıq tarixdir” – İlham Əliyev

“Qarabağ münaqişəsi artıq tarixdir” – İlham Əliyev

Dünya

31 Oktyabr 2022, 18:18

“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində hərəkətə keçməyin vaxtı çatıb. Bugünkü görüş regional məsələlərə həsr olunub. Bir daha Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə minnətdarlığımı bildirmək istəyirəm”.

 

Modern.az xəbər verir ki, bunu Soçidə Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.

 

Dövlət başçısı görüş zamanı bildirib ki, Qarabağ münaqişəsi artıq tarixdir, iki il əvvəl həll olunub, buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur.

 

Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb, bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi