Modern.az

Hava xəbərdarlığı Ukraynaya hər gün 203 milyon ziyan vurur

Hava xəbərdarlığı Ukraynaya hər gün 203 milyon ziyan vurur

Dünya

31 Oktyabr 2022, 19:25

Ukraynada hava hücumu xəbərdarlıq sistemlərinin bir günlük işləməsi ölkəyə 203 milyon dollara başa gəlir.

 

Modern.az xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev məlumat verib.

 

Deputatın fikrincə, raket zərbələri təkcə enerji infrastrukturunu məhv etmir, həm də iqtisadi fəaliyyəti iflic edir. 

 

Getmantsevin sözlərinə görə, hava hücumları zamanı işçilərin işə gəlməməsi istirahət günlərində, uzaqdan və ya iş saatlarından sonra işləmək hesabına kompensasiya edilməlidir. 

 

Bu gün səhər saatlarında Ukraynanın bir sıra regionlarında hava hücumu xəbərdarlığı elan edilib. Ukraynanın baş naziri Denis Şmıqal qeyd edib ki, gün ərzində ölkənin on regionunda 18 infrastruktur obyekti zərər çəkib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi