Modern.az

ABŞ bu ölkəyə nüvə silahı daşıyan təyyarələr yerləşdirir 

ABŞ bu ölkəyə nüvə silahı daşıyan təyyarələr yerləşdirir 

31 Oktyabr 2022, 21:15

ABŞ Avstraliyanın şimalında nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələr yerləşdirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.

 

Telekanal ABŞ-ın Avstraliyanın şimalındakı Tindal aviabazasına 6 ədəd B-52 bombardmançı təyyarəsini yerləşdirməyi planlaşdırdığını bildirib.

 

ABŞ Hərbi Hava Qüvvələri qeyd edib ki, ABŞ-ın Avstraliyaya bombardmançı təyyarələr yerləşdirməsi düşmənlərə güclü mesaj verir.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!