Modern.az

Bu gündən Ukraynada elektrik qrafiklə verilir

Bu gündən Ukraynada elektrik qrafiklə verilir

2 Noyabr 2022, 12:02

Noyabrın 2-si səhər saat 6:00-dan etibarən Ukraynada elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki qüvvəyə minib.

 

Modern.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb.

 

Elektrik enerjisinin kəsilməsi qrafikini tətbiq edən şəhər və rayonların siyahısı:

 

Kiyev,

Çerniqov,

Çerkassı,

Jitomir,

Sumi,

Xarkov,

Poltava bölgəsi.

 

"Saatlıq dayanma cədvəlləri paylayıcı şəbəkə operatorları tərəfindən tərtib edilmiş xüsusi qrafikə uyğun olaraq müəyyən istehlakçı qruplarının gündəlik məhdudlaşdırılmasını nəzərdə tutur”, - məlumatda bildirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi