Modern.az

Xidmət yoldaşını öldürən erməni hərbçi həbs edildi 

Xidmət yoldaşını öldürən erməni hərbçi həbs edildi 

Dünya

18 Noyabr 2022, 20:30

Ermənistan ordusunun hərbi qulluqçusu həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

 

Bildirilir ki, hərbçi xidmət yoldaşı V. Hovsepyanı öldürməkdə ittiham olunur.

 

O, noyabrın 15-i gecə saatlarında hərbi hissədə xidmət yoldaşını AK-103 avtomatı ilə güllələyib. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi