Modern.az

Rusiya humanitar mərkəzi raketlə vurdu - Yaralılar var

Rusiya humanitar mərkəzi raketlə vurdu - Yaralılar var

Dünya

19 Noyabr 2022, 20:34

Rusiya Ukraynanın cənubundakı humanitar mərkəzə raket zərbələri endirib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirilo Timoşenko bildirib.

 

Aviazərbə nəticəsində beş nəfər yaralanıb. O bildirib ki, hücum Ukrayna əsgərlərinin keçən həftə Rusiya qoşunlarından geri aldıqları Xerson şəhərinin qərbində yerləşən Bilozerka qəsəbəsində baş verib.

 

Raket zərbəsinin dəydiyi yer çörək paylama mərkəzidir.

 

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın hücumu nəticəsində ümumilikdə 16 mindən çox dinc sakinin öldüyünü bildirib. 

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi