Modern.az

İran şahının oğlu BMT-dəki səsəvermə ilə bağlı ölkələrə müraciət ETDİ

İran şahının oğlu BMT-dəki səsəvermə ilə bağlı ölkələrə müraciət ETDİ

Dünya

25 Noyabr 2022, 15:48

“Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasında İran rejiminin xalqa qarşı törətdiyi cinayətlərin araşdırılması üçün faktaraşdırıcı komitənin yaradılması barədə qərar böyük qələbədir. Bu, həm İran xalqının, həm də azad dünyanın qələbəsidir. Araşdırmaların nəticələri və qeydə alınacaq faktlar yaxın gələcəkdə cinayətkarların məhkəməsi üçün əsas təşkil edəcək”.

Modern.az xəbər verir ki, bunu İran şahının mühacirətdəki oğlu Rza Pəhləvi vəyan edib.

O, BMT-nin İnsan Haqları Şurasında İranla bağlı son hadisələri gündəmə gətirən Almaniya və İslandiyaya, eləcə də qətnamənin hazırlanmasında və qəbul edilməsində iştirak edən bütün ölkələrə İran xalqına dəstək verdikləri üçün təşəkkür edib.

İran şahının oğlu BMT-dəki səsvermə zamanı qətnaməni dəstəkləməyən ğlkələrə də müraciət edib:

“Səsvermədən imtina edən dövlətləri öz mövqeyini yenidən nəzərdən keçirməyə və İran xalqının yanında olmağa çağırıram. Onlardan xahiş edirəm ki, müvəqqəti maraqları kənara qoysunlar.

Qətnaməyə “yox” deyən 6 dövlətə (Ermənistan, Çin, Kuba, Eriteriya, Pakistan, Venesuela-red.) isə səslənirəm: uduzan atla əməkdaşlıq etməyin. İslam Respublikası getməlidir. İran xalqı ilə münasibətlərinizin gələcəyini düşünün. İran xalqının ədalət günü çox yaxındır”.


Xatırladaq ki, bir neçə gün öncə Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası son vaxtlar İranda rejimin etirazçılara qarşı törətdiyi cinayətlərin tədqiqi üçün faktaraşdırıcı komitə yaradılması barədə qətnamə qəbul edib.

Qətaməyə “hə” və “yox” yox deyən ölkələr aşağıdakı şəkildə əks olunub.



 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu