Modern.az

“Putin hərbi cinayətlərə görə cavab verməlidir” - Makron

“Putin hərbi cinayətlərə görə cavab verməlidir” - Makron

Dünya

5 Dekabr 2022, 13:23

“Rusiya prezidenti Vladimir Putin Ukraynada törədilən hərbi cinayətlərə görə cavab verməlidir”.

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron CBS News telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın Ukraynanın mülki infrastrukturuna raket zərbələri hərbi cinayətdir.

Fransa prezidenti hesab edir ki, beynəlxalq ictimaiyyət Rusiya prezidenti Vladimir Putinə qarşı hüquqi təşəbbüslərə başlayacaq və mülki infrastruktura son hücumlar fonunda onu hərbi cinayətlərdə ittiham edəcək.

"İndi etməli olduğumuz şey, ilk növbədə, bu hərbi cinayətlərə dair bütün sübutları toplamaqdır. Biz bütün hüquqi təşəbbüslərə başlamalıyıq. Ona görə də mənim cavabım "hə"dir", - deyə Makron Putinin müharibə cinayətlərinə görə günahlandırılmalı olub-olmaması ilə bağlı birbaşa suala cavab verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok