Modern.az

Avropa ölkəsi Rusiyanın müdafiəsinə qalxdı

Avropa ölkəsi Rusiyanın müdafiəsinə qalxdı

Dünya

5 Dekabr 2022, 20:40

Serbiya Avropa İttifaqının (Aİ) çağırışlarına baxmayaraq, prinsipial mövqeyindən əl çəkməyəcək və Rusiyaya qarşı sanksiya tətbiq etməyəcək.

 

Modern.az xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç deyib.

 

O bildirib ki, Avropa İttifaqı Serbiyanın xarici siyasətdə ittifaqa uyğunlaşmasını istəyir: “Biz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik. Üzvlük danışıqlarının davam etdirilməsi üçün şərt qoyulsa belə, sanksiyaları tətbiq etməyəcəyik”.

 

Bir çox ölkələrin Serbiya vasitəsilə sanksiyaları pozmaq cəhdləri barədə iddiaları şərh edən Baş nazir deyib:

 

“Serbiya başqalarının sanksiyaları pozmaq üçün istifadə edəcəyi ölkə olmayacaq. Biz sanksiyalarla bağlı qərar verməyəcəyik. Digər ölkələrin sanksiyaları Serbiya vasitəsilə pozmaq cəhdlərinin qarşısını isə öz qanunlarımızla alacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi