Modern.az

Polşadan geri addım - Ukraynaya tank verilməyəcək

Polşadan geri addım - Ukraynaya tank verilməyəcək

7 Yanvar 2023, 19:30

Polşa Ukraynaya “Leopard 2” tanklarını tədarük etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.

 

“Polşa prezidenti ilə birlikdə biz bu ağır müasir texnikanı ötürə biləcək ölkələrin daha geniş koalisiyasını qurmaq üçün danışıqlar aparırıq. Hələlik bunu deyə bilərəm. Prezident də danışıqlarda iştirak edir. Söhbətlər gedir. Mən bu barədə bir neçə həftə əvvəl Brüsseldə kansler Şolts ilə danışdım və düşünürəm ki, yaxın günlərdə bununla bağlı daha çox məlumat əldə edə biləcəyik", - baş nazir deyib.

 

Qeyd edək ki, Amerika mətbuatında Polşanın Ukraynaya Almaniya istehsalı “Leopard” tankları verə biləcəyi barədə məlumatlar yayılmışdı.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi