Modern.az

Ərdoğan Zelenski ilə telefon danışığı apardı

Ərdoğan Zelenski ilə telefon danışığı apardı

Dünya

20 Yanvar 2023, 19:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsinə dair baş verən hadisələr müzakirə olunub.

 

Ərdoğan Ukraynadakı faciəvi helikopter qəzası ilə bağlı Zelenskiyə başsağlığı verib və Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olunmasına güclü diplomatik töhfə verməyə, vasitəçilik etməyə hazır olduğunu bir daha vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi