Modern.az

Rəisi Çin lideri ilə görüşdü - YENİLƏNİB

Rəisi Çin lideri ilə görüşdü - YENİLƏNİB

Dünya

14 Fevral 2023, 14:00

İran Prezidenti İbrahim Rəisi Çin lideri Si Cinpinlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş Pekinin Milli Konqres binasında baş tutub.

 

Hələlik görüşün detalları açıqlanmayıb.

 

***

09:48

İran prezidenti İbrahim Rəisi Çinə səfər edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, Çin lideri Si Tsinpinin şəxsi dəvəti ilə Pekinə yollanıb.

 

Bildirilib ki, Rəisinin səfəri üç gün davam edəcək. Onun burada yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub.

 

Təhlilçilərin fikrincə, bu səfər ABŞ-la gərginliyin artması fonunda iki ölkə arasında əlaqələrin gücləndirilməsindən xəbər verir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok