Modern.az

Suriyada zəlzələ qurbanlarının sayı 6000-ə ÇATIR

Suriyada zəlzələ qurbanlarının sayı 6000-ə ÇATIR

Dünya

16 Fevral 2023, 14:50

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 5800-ü ötüb.

 

Modern.az-a xəbər verir ki, məlumatı BMT-nin müşahidə missiyası yayıb.

 

Yaralananların sayı 6000-dən çoxdur.

 

Rəsmi Dəməşq isə təbii fəlakət nəticəsndə 2 200 nəfərin öldüyünü açıqlayıb. Suriyada İnsanHüququları təşkilatının məlumatına görə, zəlzələ nəticəsində ölən və itkin düşənlərin sayı 7 mindən çoxdur.

 

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var