Modern.az

Ermənistan Şərqi Asiya ölkələri ilə əlaqələri genişləndirir

Ermənistan Şərqi Asiya ölkələri ilə əlaqələri genişləndirir

Dünya

16 Fevral 2023, 15:08

Bu gün Çinin İrəvandakı səfiri Yun Fan Ermənistan parlamentinin vitse-spikeri  Akop Arşakyanla görüşüb.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, tərəflər Laçın dəhlizindəki situasiya ətrafında fikir mübadiləsi aparıblar.

 

Başqa bir Şərqi Asiya ölkəsinin səfirini isə Ermənistanın müdafiə naziri Suren Papikyan qəbul edib. O, Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri  Fukusimo Masanori və hərbi attaşe Yoşido Kensuke ilə görüşüb.

 

Bildirilib ki, tərəflər Ermənistan-Yaponiya hərbi əməkdaşlığını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var