Modern.az

Türkiyədə ölən it üçün xüsusi mərasim - Bayraqla basdırdılar

Türkiyədə ölən it üçün xüsusi mərasim - Bayraqla basdırdılar

Dünya

17 Fevral 2023, 16:52

Türkiyənin zəlzələ bölgəsində dağıntı altında qalaraq ölən Meksikanın axtarış-xilasetmə qrupuna məxsus "Proteo" adlı itin cəsədi ölkəsinə aparılıb. 

 

Modern.az xəbər verir ki, Türkiyədə fəaliyyətini başa vuran meksikalı xilasedicilər ölkələrinə geri dönərkən "Proteo"nun cəsədini də özləri ilə aparıblar. 

 

Meksika Beynəlxalq Hava Limanında "Proteo" üçün xüsusi anım mərasimi təşkil edilib. İtin cəsədinin olduğu tabut Meksika bayrağına sarılaraq torpağa tapşırılıb.

 

Qeyd edək ki, Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə prosesində iştirak edən "Proteo" fevralın 12-də tələf olub. "Proteo" Türkiyə və Meksika ilə yanaşı, Haiti, Ekvador və Qvatemalada təbii fəlakətlər zamanı axtarış-xilasetmə əməliyyatlarında iştirak edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı