Modern.az

Minskdə KTMT-nin növbəti toplantısı keçiriləcək

Minskdə KTMT-nin növbəti toplantısı keçiriləcək

28 Fevral 2023, 12:52

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələrin Belarusda növbəti toplantısı baş tutacaq.

 

Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəisi Valeri Revenko bildirib.

 

Onun sözlərinə görə, üzv dövətlərin beynəlxalq hərbi əməkdaşlıq orqanlarının rəhbərləri martın 1-də Minskdə görüş üçün toplanacaq.

 

Qeyd edək ki, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan KTMT üzvü olan ölkələrdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi