Modern.az

Nazir 36 nəfərin öldüyü qəzaya görə istefa verdi

Nazir 36 nəfərin öldüyü qəzaya görə istefa verdi

Dünya

1 Mart 2023, 19:16

Yunanıstanın mərkəzində 36 nəfərin ölümü ilə nəticələnən qatar qəzasından sonra ölkənin nəqliyyat naziri Kostas Karamanlis istefa verib. 

 

Modern.az xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

 

“Mən bunu insanların xatirəsinə hörmətin minimal bir əlaməti kimi etməyi, dövlətin və siyasi sistemin uzun müddətdir davam edən səhvlərinə görə məsuliyyəti öz üzərimə götürməyi borcum hesab edirəm”, - nazir deyib.

 

Qeyd edək ki, qəza nəticəsində 36 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi