Modern.az

Gürcüstanda yenidən etiraz aksiyası keçirilir 

Gürcüstanda yenidən etiraz aksiyası keçirilir 

Dünya

8 Mart 2023, 21:41

Gürcüstan parlamentinin qarşısında yenidən etiraz aksiyası başlayıb.

 

Modern.az xəbər verir ki, nümayişçilər "xarici agentlər" haqqında qanun layihəsinin qəbul edilməsinə etiraz edirlər.

 

Aksiyada minlərlə insan iştirak edir. Məlumata görə, polisin əmrinə tabe olmayan etirazçılardan bəziləri həbs edilib.

 

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. 

 

Etirazlar zamanı 70-dən çox aksiya iştirakçısı saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok