Modern.az

HDP prezidentliyə namizəd irəli sürməyəcək - RƏSMİ

HDP prezidentliyə namizəd irəli sürməyəcək - RƏSMİ

Dünya

22 Mart 2023, 12:57

Türkiyənin Xalqların Demokratik Partiyası (HDP) 14 mayda keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu partiyanın həmsədri Pervin Buldan açıqlayıb.

 

Qeyd edək ki, HDP eyni tarixdə keçiriləcək parlament seçkilərinə qatılacaq "Əmək və Azadlıq İttifaqı"nın üzvüdür. Bu siyasi ittifaq da prezidentliyə namizəd çıxarmayacağını elan edib.

Sizə yeni x var
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV