Modern.az

Tornadoda ölənlərin sayı 29-a çatdı - YENİLƏNİB

Tornadoda ölənlərin sayı 29-a çatdı - YENİLƏNİB

2 Aprel 2023, 19:32

ABŞ-ın cənub və orta qərb bölgələrində baş verən tornadolar nəticəsində ölənlərin sayı 29 nəfərə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Təbii fəlakət zamanı çox sayda insan yaralanıb, binalar dağılıb.

 

***

01.04.2023 / 21:55

 

ABŞ-ın bir neçə ştatında baş verən tornado ən azı 18 nəfərin həyatına son qoyub.

 

Modern.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

 

Tennessi ştatında 7 nəfər, Arkanzas ştatında 4 nəfər, İndiana ştatında 3 nəfər ölüb. Çoxlu sayda yaralının olduğu bildirilir.

 

***

11:12

ABŞ-ın beş ştatında tornado qeydə alınıb.

 

Modern.az CNN-ə istinadən xəbər verir ki, Arkanzas ştatında tornado nəticəsində 600 nəfər yaralanıb, üç nəfər ölüb.

 

Martın 31-i axşam saatlarına olan məlumata görə, 300 minə yaxın abonentin elektrik enerjisində fasilələr yaşayıb.

 

İllinoys, Ayova, Viskonsin, Tennessi, Missisipi ştatlarında da tornado baş verib. Arkanzas ştatının qubernatoru Sara Sanders fövqəladə vəziyyət elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər