Modern.az

Ukrayna üçün HHM F-16-dan daha vacibdir - ABŞ Baş Qərargah rəisi

Ukrayna üçün HHM F-16-dan daha vacibdir - ABŞ Baş Qərargah rəisi

26 May 2023, 09:58

ABŞ ordusunun Baş Qərargah rəisi Mark Milley niyə F-16 məsələsinin Ukrayna üçün indi hava hücumundan müdafiəni gücləndirmək mövzusundan daha az aktual olduğunu izah edib.

 

Modern.az "Strana" nəşrinə istinadən xəbər verir ki, Ramşteyn görüşündən sonra keçirilən mətbuat konfransında Milley bunun “Rusiyanı hava üstünlüyündən məhrum etməyin ən yaxşı və sürətli yolu” olması ilə əlaqələndirib.

 

"10 F-16 təyyarəsi 1 milyard dollardır, daha 1 milyard da texniki xidmət xərcləridir. Beləliklə, 10 təyyarə üçün 2 milyard dollardan söhbət gedir. Rusiyanın minlərlə dördüncü və beşinci nəsil qırıcıları var. Beləliklə, əgər siz Rusiya ilə havada rəqabət aparacaqsınızsa, sizə xeyli sayda dördüncü və beşinci nəsil qırıcılar lazımdır", - o bildirib.

 

Generalın sözlərinə görə, F-16-nın gələcəkdə oynayacağı rol danılmazdır, amma lazım olan ölçüdə və miqyasda hərbi hava qüvvələrinin yaradılması xeyli vaxt aparacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı