Modern.az

MHP-nin deputatlığa namizədi güllələndi

MHP-nin deputatlığa namizədi güllələndi

Dünya

2 İyun 2023, 10:12

Türkiyədə 14 mayda keçirilmiş parlament seçkilərində iqtidardakı "Cümhur İttifaqı"na daxil olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatlığa namizədi olmuş Muhammet Bahadır Ayasa silahı hücum edilib.

 

Modern.az BBC-nin türk xidmətinə istinadən xəbər verir ki, Eskişehirdən namizəd olmuş Ayas ayağından güllələnib.

 

Anadolu Universitetinin dosenti olan siyasətçi xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər qaçmağa müvəffəq olub.

 

Bildirilib ki, hazırda deputatlığa namizədin səhhəti normaldır, həyatına heç bir təhlükə yoxdur.

 

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bu xəbər ilə bağlı
MHP deputatlığa namizədlərini açıqladı - TAM SİYAHI
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!