Modern.az

Putin və Zelenskidən əks-hücumla bağlı AÇIQLAMA

Putin və Zelenskidən əks-hücumla bağlı AÇIQLAMA

Dünya

21 İyun 2023, 17:32

Ukrayna silahlı qüvvələrinin əks-hücum bölgələrində müəyyən sakitlik müşahidə edilir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya” telekanalının efirində deyib.

 

O iddia edib ki, bu sakitlik Ukrayna ordusunun şəxsi heyəti və texnika itkiləri ilə bağlıdır.

 

“Hazırda biz sakitlik müşahidə edirik, çünki düşmən ciddi itkilər verir. Lakin Ukrayna Silahlı Qüvvələrinin hücum potensialı hələ tükənməyib", - Putin bildirib.

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya ordusu 200 min kvadratkilometr ərazini minaladığı üçün Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı çətinləşib. O, "insanların həyatı təhlükə altında olduğunu", buna görə döyüş meydanında "lazım bildikləri kimi" irəliləyəcəklərini qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV