Modern.az

Qırğızıstanda bayraq dəyişikliyi yenidən gündəmdədir

Qırğızıstanda bayraq dəyişikliyi yenidən gündəmdədir

Dünya

31 Oktyabr 2023, 12:38

Qırğızıstanda dövlət bayrağının dəyişdirilməsi ilə bağlı müzakirələr davam edir.

 

Modern.az "Kazinform"a istinadən xəbər verir ki, ölkənin dövlət bayrağındakı bəzi elementlərin dəyişdirilməsi təşəbbüsü Qırğızıstan Respublikasının Joqorku Keneşinin (parlament) deputatları tərəfindən qaldırılıb.

 

Müvafiq qanun layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib. Dəyişikliklərin təşəbbüskarları Qırğız Respublikası parlamentinin sədri Nurlanbek Şakiyev və deputat Ulan Primov ölkənin dövlət rəmzində günəşin şüalarının dizaynına düzəlişlər etməyi təklif edirlər.

 

Onların fikrincə, müxtəlif yozumlarda ölkə bayrağının ortasında olan günəş şüalarının, bəzilərində günəbaxan çiçəyini xatırladan günəşin, bəzilərində isə xarici hissəsinin əyani şəkildə qavranılmasında dilemma yaranır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var