Modern.az

Bayden Konqres liderlərini Ağ Evə çağırıb - Ukraynaya görə...

Bayden Konqres liderlərini Ağ Evə çağırıb - Ukraynaya görə...

26 Fevral 2024, 12:32

ABŞ prezidenti Co Bayden Konqres liderlərini Ukrayna haqqında danışmaq üçün Ağ Evə çağırıb.

 

Modern.az xəbər verir ki, bunu "Associated Press" yazıb.

 

Məlumata görə, Bayden Ağ Evdə 4 konqres liderini toplayaraq qanunvericiləri Ukrayna və İsrailə təcili yardım paketini qəbul etmələri üçün yola gətirəcək.

 

Dördlüyə Nümayəndələr Palatasının spikeri Mayk Conson, Senat çoxluğunun lideri Çak Şumer, Nümayəndələr Palatasında azlıqların lideri Hakim Cefris və Senatda azlıqların lideri Mitç Makkonnell qərarlaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
QIZĞIN DEBAT! Mehdiyev işi hansı gizli sirləri açır?