Modern.az

Akşener İYİ partiya sədrliyinə namizəd olmayacaq - YENİLƏNİB

Akşener İYİ partiya sədrliyinə namizəd olmayacaq - YENİLƏNİB

Dünya

8 Aprel 2024, 11:11

Türkiyədə İYİ Partiyanın hazırkı sədri Meral Akşener növbədənkənar qurultayda sədrliyə namizəd olmayacaq.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu siyasətçinin özü açıqlayıb.

 

13373741337373

 

 

***

17:22 / 01.04.2024

 

Türkiyədə dünən keçirilən bələdiyyə seçkilərində 6-cı yerə çıxan və cəmi 1 vilayətdə çoxluq əldə edən İYİ Partiya növbədənkənar qurultaya gedəcək.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, partiya sədri Meral Akşener qərargahda keçirdiyi mətbuat konfransında seçki ilə bağlı qiymətləndirmələr edərkən bunu açıqlayıb.

 

"Qeyri-rəsmi nəticələrə görə, millətimiz 1 vilayət, 23 rayon və 7 mahal olmaqla, cəmi 31 yeri İYİ Partiyaya həvalə edib. Millətimizə təşəkkür edirik.

 

Millətimiz şübhəsiz ki, hökumətə ən əhəmiyyətli mesajı verdi. İYİ Partiya olaraq üzərimizə düşən məsuliyyəti öz üzərimizə götürəcəyik. Biz seçkinin nəticələri ilə bağlı özünütənqidimizi edəcəyik.

 

Partiyamızın nizamnaməsinin mənə verdiyi səlahiyyətə uyğun olaraq, ən qısa zamanda növbədənkənar qurultayımızı çağıracağıq", - Akşener vurğulayıb.

 

Qeyd edək ki, son prezident və parlament seçkilərindəki məğlubiyyətdən sonra dağılan Millət İttifaqının ortaqlarından olmuş İYİ Partiya bu yerli seçkilərdə bütün ittifaq təkliflərindən imtina etmiş, seçkilərə "azad və müstəqil" formada qatılacağını bəyan etmişdi. Partiya seçki dövründə funksionerlərinin iqtidarla yanaşı, müxalifətin də ünvanına kəskin təniqidi ritorikası ilə seçilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi