Modern.az

Yaponiyada ən qoca panda ölüb

Yaponiyada ən qoca panda ölüb

Dünya

4 Aprel 2024, 11:48

Yaponiyada 28 yaşlı ən qoca panda ürəyinin dayanması nəticəsində ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası olan NHK məlumat yayıb.

 

Kobe şəhərindəki Oji zooparkının rəsmiləri 1995-ci ildə Çinin Çiçuan bölgəsində doğulan Tantan adlı pandanın öldüyü zaman insan ömrü miqyasında təxminən 80-100 yaşında olduğunu bildiriblər.

 

Zooparkın rəhbəri pandanın ölümündən sonra verdiyi açıqlamada belə deyib: "Tantan yerli insanlar üçün Günəş idi, o, insanları güldürdü".

 

2021-ci ildə ürək xəstəliyi diaqnozu qoyulduqdan sonra pandanın iştahı və gündəlik aktivlik səviyyəsi azalmış, fiziki vəziyyəti isə xeyli geriləmişdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi