Modern.az

Polşa ermənini beynəlxalq axtarışa verdi - FOTO

Polşa ermənini beynəlxalq axtarışa verdi - FOTO

Dünya

18 İyun 2024, 13:00

Polşa dövləti ermənini beynəlxalq axtarışa verib.

Modern.az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Ermənistan vətəndaşı, 1980-cı il təvəllüdlü İrəvanda doğulan Arsen Xaçatryan qəsdən adam öldürməyə cəhddə təqsirləndirilir.

Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və tutularaq istintaqa cəlb olunması istiqamətində dövlətlərarası axtarış elan edilib.

Məlumatda qeyd edilib ki, Arsen Xaçatryan Ermənistan vətəndaşı olmaqla yanaşı, həmçinin Rusiya pasportu da daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı