Modern.az

Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik hasar tikib

Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik hasar tikib

Dünya

7 Sentyabr 2026, 23:11

Finlandiyanın Rusiya ilə sərhədində 200 kilometrlik hasarın tikintisi başa çatıb.

Modern.az xəbər verir ki, bu barədə Finlandiya mediası məlumat yayıb.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib ki, gələcəkdə hasarlanmış ərazilərin genişləndirilməsinə ehtiyac yarana bilər.

Finlandiyanın Rusiya ilə sərhədinin uzunluğu 1340 kilometrdir. Bu, Avropa İttifaqı və ya NATO-nun Rusiyaya həmsərhəd olan üzvləri arasında ən uzun sərhəddir.

Rantanen qeyd edib ki, Ukraynada müharibə başlayandan sonra Avropada təhlükəsizlik vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdiyi üçün bu hasarın tikintisi zəruri olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!