Modern.az

“Qələbə qazanmaq istəyiriksə, qadağaları aradan qaldırmalıyıq”

“Qələbə qazanmaq istəyiriksə, qadağaları aradan qaldırmalıyıq”

Dünya

11 İyul 2024, 22:56

Rusiyanı məğlub etmək üçün bu ölkənin ərazisində Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq lazımdır.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

 

“Qələbə qazanmaq istəyiriksə, üstünlük əldə etmək istəyiriksə, ölkəmizi xilas etmək və onu qorumaq istəyiriksə, bütün məhdudiyyətləri aradan qaldırmalıyıq. Mən bu barədə tərəfdaşlarımla - Böyük Britaniyanın lideri ilə, Amerika prezidenti ilə, müdafiə naziri ilə danışmışam. Hamı ilə”, - Zelenski bildirib.

 

O, həmçinin qeyd edib ki, Ukrayna gec-tez NATO-ya üzv olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı