Modern.az

Seçicilərin 80 faizindən çoxu Baydenin geri çəkilməsini dəstəkləyir

Seçicilərin 80 faizindən çoxu Baydenin geri çəkilməsini dəstəkləyir

23 İyul 2024, 20:53

Amerikalı demokrat seçicilərin 80 faizindən çoxu ABŞ Prezidenti Co Baydenin seçki yarışından geri çəkilməsini bəyənir və demək olar, yarısı hesab edir ki, bu, Demokratlar Partiyasının seçkidə qalib gəlmə şansını artıracaq.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə “YouGov” tədqiqat şirkəti və “CBS News” telekanalının sorğusundan məlum olub.

 

Məlumata görə, sorğuda iştirak edən demokrat seçicilərin 83 faizi Baydenin ölkə prezidentliyinə namizədliyini geri götürmək qərarını bəyəndiklərini bildirib. Respondentlərin 45 faizi hesab edir ki, Baydenin yarışdan geri çəkilməsi Demokratlar Partiyasının seçkidə sabiq prezident Donald Trampı məğlub etmək şansını artıracaq.

 

Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib. ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri