Modern.az

İvanişviliyə qarşı terrorun qarşısını almaq üçün hər şeyi edəcəyik - Baş nazir

İvanişviliyə qarşı terrorun qarşısını almaq üçün hər şeyi edəcəyik - Baş nazir

24 İyul 2024, 11:24

“Gürcüstan hökuməti bu cür hərəkətlərin qarşısını almaq üçün lazım olan hər şeyi edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim partiyanın qurucusu Bidzina İvanişviliyə qarşı terror aktının hazırlanması ilə bağlı deyib.

 

“Gözlənilən terror aktı ilə bağlı məlumatlar həqiqətən də dəhşətlidir. Dünyada baş verən sui-qəsd cəhdləri fonunda bu təhlükə, əlbəttə ki, Gürcüstanda da var. Mümkün terror aktı, bu təəccüblü deyil, çünki Gürcüstanın siyasəti heç kimin xoşuna gəlmir”, - İrakli Kobaxidze brifinqdə söyləyib.

 

Qeyd edək ki, Gürcüstanın təhlükəsizlik orqanlarının İvanişviliyə qarşı hazırlanan terror aktı barədə məlumatları araşdırdığı bildirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri