Modern.az

Lənkəranda ağır qəza: 1 ölü, 6 yaralı, VİDEO

Lənkəranda ağır qəza: 1 ölü, 6 yaralı, VİDEO

Aktual

17 Sentyabr 2016, 22:31

Lənkəranda ağır yol-qəza hadisəsi baş verib. Modern.az saytı Region TV-yə istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun rayonun Kərgəlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Şağlakücə kənd sakini, 26 yaşlı Fərahim Məlikzadənin idarə etdiyi “Nissan” markalı minik avtomobili Bakı şəhər sakini, 49 yaşlı Rahim Fərhad oğlu İsmayılovun idarə etdiyi “Mersedes” markalı minik avtomobili ilə toqquşub.

 

Güclü zərbənin təsirindən “Nissan”dakı bir ailənin 5 üzvü, eləcə də “Mersedes”in iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada “Nissan”ın sürücüsünün anası 51 yaşlı Şinəxanım Fərəcova dünyasını dəyişib. Şahidlərin sözlərinə görə qəzanın baş verməsinə səbəb, “Mersedes” markalı avtomobilin yağmurlu havada yüksək sürətlə idarə olunması olub.

 

“Mersedes”in sürücüsü hadisədən sonra avtomobilinin dövlət nömrə nişanını açaraq hadisə yerindən qaçıb. Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin və Dövlət Yol Polisi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rahim İsmayılov saxlanılaraq istintaqa cəlb olunub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı