Modern.az

İki avtomobili qaçırmaqda şübhəli bilinən tutuldu

İki avtomobili qaçırmaqda şübhəli bilinən tutuldu

Aktual

20 Mart 2017, 14:13

Martın 17-də F.Cümşüdova və A.Osmanova məxsus iki avtomobili qaçırmaqda şübhəli bilinən R.Hüseynov tutulub.

 

Modern.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Məlumatda deyilir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-də Fuad Cümşüdova və Amin Osmanova məxsus iki "Mercedes" markalı avtomobili qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov tutulub.

 

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı