Modern.az

Azərbaycandakı dini icma rəhbərləri ölkə başçısına müraciət edib

Azərbaycandakı dini icma rəhbərləri ölkə başçısına müraciət edib

Aktual

23 Dekabr 2011, 23:29

Azərbaycanda fəaliyyət göstərən bir qrup dini icma rəhbəri Prezident İlham Əliyevə müraciət edib. Bu barədə saytımıza Dini qurumlarla iş üzrə dövlət komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə Azərbaycanda yaşayan yəhudi, xristian və digər dinlərə  mənsub müxtəlif dini qurumların rəhbərləri Prezidentin təşəbbüsü və qayğısı nəticəsində qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı göstərilməsinə görə təşəkkür ediblər.

Onlar qeyd ediblər ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfədir ki, dini qurumlara dövlət büdcəsindən maddi yardım göstərilir.

Onlar bunu Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndiriblər. Bildiriblər ki, təkcə Azərbaycan deyil, həm də bütün region üçün əlamətdar hadisə kimi dəyərləndirilən bu qərarı beynəlxalq ictimaiyyət və  dünyəvi dövlətlər nümunə qəbul edəcəklər.

Dini icma rəhbərləri daha sonra qeyd ediblər ki, bu gün Azərbaycan təkcə iqtisadi göstəricilərinə və ictimai-siyasi sabitliyinə görə deyil, həm də dini durumun və tolerantlığın səviyyəsi, eləcə də xalqın milli-mənəvi dəyərlərinə yüksək münasibət baxımından regionun lider dövlətidir.

Onlar ad günü və qarşıdan gələn yeni il münasibəti ilə Prezidenti təbrik ediblər.

Müraciətə aşağıdakı dini icma rəhbərləri imza atıblar.

 

Aleksandr İşein – Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının yepiskopu

Semyon İxiilov - Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri

Boris Simanduyev - Quba rayonu, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri

Gennadi Zelmanoviç - Avropa Yəhudilərinin Bakı dini icmasının sədri

David Mirov - Azərbaycan Yəhudiləri dini icmasının sədri

Boris Trepner - “Sumqayıt Yəhudiləri”dini icmasının sədri

Abik Çaruxçev - Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri

Vladimir Fekete - Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi

Robert Mobili - Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri

Svetlana Ağababayeva - Oğuz şəhəri Alban-Udi Xristian dini icmasının sədri

Arçil Buluqaşvili - Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri

Temuri Barixaşvili - Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icmasının sədri

Nikolay Kotov - Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması

Fyodor Ponomaryov - Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması

Yekaterina Tsapleva - Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri

Lyudmila İbrahimova - “Yeni Həyat” Xristian İncil dini icmasının sədri

Vera Nesterova - Xilaskar Yevangelik Lüteranların Bakı dini icması

Aydın Mərdiyev - Bakı Krişna Şüuru dini icmasının sədri

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı