Modern.az

“Qarabağ”dan möhtəşəm qələbə: 4:1

“Qarabağ”dan möhtəşəm qələbə: 4:1

Güncel

4 Oktyabr 2019, 01:17

Modern.az xəbər verir ki, “Düdelanj” - "Qarabağ"  oyunu  yekunlaşıb.  Matçın 90-cı dəqiqəsində meydan sahibləri buraxılan qollardan birinin əvəzini çıxıb. Bu dəfə Bernier fərqlənib - 1:4. Beləliklə komandamız səfərdə böyükhesablı qələbə qazanıb.

 

 

***

 

 

"Qarabağ"ın rəqibi azlıqda qalıb. Oyunun 62-ci dəqiqəsində "Düdelanj"ın oyunçusu Mikael Qaros ikinci sarı vərəqədən sonra meydandan qovulub.

 

Bundan sonra daha bir  neçə real qol imkanı əldə edən "Qarabağ"  69-cu dəqiqədə istəyinə çatıb.  Dani Kintana komandasının 4-cü qolunu vurub - 4:0

 

 

***

 

“Düdelanj” - "Qarabağ"  oyunda daha bir qol vurulub.

 

Modern.az  xəbər verir ki, oyunun 36-cı dəqiqəsində "Düdelanj"ın qapısına penalti təyin edilib. Penaltini dəqiq yerinə yetirən Riçard Almeyda hesabı komandamızın xeyrinə 3:0 edib.

 

***

 

 “Düdelanj” - "Qarabağ" oyunu 25 dəqiqəlik fasilədən sonra davam etdirilir.

 

***

 

Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" - “Qarabağ” oyununda hesab dəyişib.

Modern.az  xəbər verir ki, Lüksemburqda keçirilən matçın 30-cu dəqiqəsindən Ağdam təmsilçisi ikinci dəfə fərqlənib. Bu dəfə Miçel komandasının ikinci qolunu vurub .

 

***

 

UEFA Avropa Liqasında qrup mərhələsinin II turu  çərçivəsində Lüksemburqda keçirilən   "Düdelanj" - "Qarabağ" oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 11-ci dəqiqəsində "Qarabağ"ın oyunçusu Abdulla Zubir fərqlənib.

Oyunu BURADAN canlı olaraq izləyə bilərsiniz.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı