Modern.az

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakıda 15 yaşlı qız itkin düşdü

Aktual

13 Oktyabr 2019, 11:20

Bakıda azyaşlı qız itkin düşüb.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

 

Sabunçu rayonu, Ramana qəsəbə sakini, 2004-cü il təvəllüdlü Məmmədrzayeva Nərmin Rizvan qızı oktyabrın 4-də günorta saatlarında Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən "Anar" kafesinə - anası Məmmədrzayeva Fəridə Zahid qızının yanına gəlib.

 

15 yaşlı qız həmin gün günorta saatlarında kafedən çıxaraq itkin düşüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı