Modern.az

Azərbaycanda seçkiləri 65 min 766 nəfər izləyəcək

Azərbaycanda seçkiləri 65 min 766 nəfər izləyəcək

Aktual

1 Fevral 2020, 15:34

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

 

O bildirib ki, ümumilikdə 65 min 766 yerli müşahidəçi qeydiyyatdan keçib:

 

"Onlardan 4264-ü MSK-da qeydiyyatdan keçib, 61 502-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib".

 

Eyni zamanda Milli Məclisə seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı