Modern.az

Nigar Yaqublunun məhkəməsi olub

Nigar Yaqublunun məhkəməsi olub

Aktual

23 Noyabr 2012, 14:58

Bu gün Abşeron Rayon Məhkəməsində Müsavat Gənclər Təşkilatının həbsdə olan sədr müavini Nigar Yaqublunun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. APA-nın xəbərinə görə, hakim İlham Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra prosesdə məhkəmə istintaqının başlanması və əvvəlcə ittiham tərəfinin sübutlarının araşdırılması barədə qərar qəbul edilib. Prosesdə şahid qismində ifadə verən Sadıq Xəlilov isə Nigar Yaqublunun azadlığa buraxılması istəyib.

Məhkəmə prosesi dekabrın 5-də davam etdiriləcək.

Qeyd edək ki, N. Yaqublu sentyabrın 11-də saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzasının istintaqı ilə bağlıdır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı