Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi vəfat edib.
Bu barədə Modern.az-a LDU-nun mətbuat katibi Esmira İsmayılova məlumat verib.
Qeyd olunub ki, LDU-nun "Tarix-coğrafiya və incəsənət" fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisasının V A qrupunun tələbəsi Maral Anar qızı Quluzadə uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.
Bildirilib ki, Lənkəran Dövlət Universitetin rəhbərliyi tələbə M.Quluzadənin vaxtsız vəfatından hədsiz kədərləndiyimizi bildirir, LDU-nun professor-müəllim-tələbə heyəti adından mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin...