Modern.az

Putin: Ukrayna ilə danışıqlar faktiki olaraq dayandırılıb

Putin: Ukrayna ilə danışıqlar faktiki olaraq dayandırılıb

Aktual

14 May 2022, 16:13

Rusiya prezidenti Vladimir Putin Finlandiya prezidenti Sauli Niinistöyə bildirib ki, Ukrayna ilə danışıqlar faktiki olaraq dayandırılıb.


Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, prezidentlər bu gün telefonla danışıblar.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Putin bildirib ki, Kiyev ciddi və konstruktiv dialoqda maraqlı deyil:


"Liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Vladimir Putin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırılmış Rusiya-Ukrayna danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirməsini bölüşüb”.

Finlandiyanın NATO-ya üzv olmaq istəyinə toxunan Putin qonşu ölkənin təhlükəsizliyinə heç bir təhdid olmadığını bildirib:

"Ənənəvi hərbi neytrallıq siyasətindən imtina etmək səhv olardı, çünki Finlandiyanın təhlükəsizliyinə heç bir təhdid yoxdur. Ölkənin xarici siyasətində bu cür dəyişiklik uzun illər mehriban qonşuluq ruhunda qurulmuş Rusiya-Finlandiya münasibətlərinə mənfi təsir göstərə bilər”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı