Modern.az

Bakı-Sumqayıt qatarındakı sıxlıqla bağlı yeni AÇIQLAMA

Bakı-Sumqayıt qatarındakı sıxlıqla bağlı yeni AÇIQLAMA

Актуально

10 Oktyabr 2022, 18:36

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişinlərin təhlükəsiz və rahat gediş-gəlişini təmin etmək məqsədilə 10 oktyabr tarixindən Sumqayıt-Xırdalan-Bakı istiqaməti üzrə qatarların hərəkət cədvəlində dəyişikliklər edib.

 

Bu barədə Modern.az-a ADY-dən bildirilib.

 

Məlumata görə, dəyişikliklə bağlı müşahidələr aparılıb, o cümlədən sərnişinlərin rəyləri öyrənilib. Qatarların qrafikində dəyişiklik sözügedən istiqamətdə sərnişin sıxlığını qismən aradan qaldırıb:

 

"Bu səhər Xırdalan stansiyasında olduq və dəyişiklikdən sonra xidmətimizdən istifadə edən sərnişinlərin rəyini öyrəndik. Sərnişinlər dəyişiklikləri müsbət qarşılayıb və mövcud sərnişin sıxlığının qismən aradan qalxdığını bildiriblər".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı