Modern.az

"Olimpiakos"un prezidenti koronavirusa yoluxdu

Aktual

20 Oktyabr 2022, 09:40

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstanın "Olimpiakos" klubunun prezidenti Evangelos Marinakis koronavirusa yoluxub.

 

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı funksionerin durumu yaxşıdır.

 

Marinakisdə ikinci dəfə koronavirus aşkarlanıb.

 

Qeyd edək ki, "Qarabağ" III turda Yunanıstanda rəqibini 3:0 hesabı ilə məğlub edib. Bakıdakı IV tur matçında qolsuz bərabərlik qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı