Modern.az

Rusiyanın atdığı raket Moldovaya düşdü

Rusiyanın atdığı raket Moldovaya düşdü

Aktual

31 Oktyabr 2022, 14:20

Ukrayna hava hücumundan müdafiə sistemi tərəfindən vurulan Rusiya raketi Moldovanın şimal hissəsinə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

"Bu gün səhər saatlarında Moldova Respublikasının Naslavça şəhərinin şimal hissəsinə düşən raket Ukraynanın zenit sistemi tərəfindən vurulub", - deyə məlumatda qeyd olunub.

 

Zərərçəkənlər barədə məlumat yoxdur, lakin Naslavçada bir neçə evin pəncərələri zədələnib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı