Modern.az

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdı - Yağışa görə...

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət məhdudlaşdı - Yağışa görə...

Aktual

26 Avqust 2023, 19:30

Bu gün günorta saatlarında başlayan güclü leysan xarakterli yağışlar Göyçayda bir sıra fəsadlar törədib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, yağan güclü leysan yağışları nəticəsində Göyçayın Qaraməryəm qəsəbəsinə, Yekəxana, eləcə də Şahsoltanlı kəndlərinə ciddi ziyan dəyib. Sel nəticəsində, Bakı-Şamaxı-Yevlax yolunda infrastruktur və yol qurğuları sıradan çıxıb.

 

Hazırda avtomobil yolununda hərəkət məhdudlaşdırıb. Ərazidə yerləşən obyektlər su altında qalıb. İlkin məlumatlara əsasən, sel xırdabuynuzlu heyvanları da aparıb. Hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunda hər iki istiqamətdə hərəkət məhdudlaşıb.

 

Ümumilikdə 3 avtomobil sel suları altında qalıb, 4 avtomobil isə yol kənarında sel sularının içində qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı