Modern.az

Kayseridə HDP-nin binası yandırılıb

Kayseridə HDP-nin binası yandırılıb

Мир

17 Dekabr 2016, 21:57

Türkiyənin Kayseri şəhərində bu gün baş verən terror aktı əleyhinə təşkil olunan yürüşün iştirakçıları müxalifətçi Xalqların Demokratiyası Partiyasının (HDP) yerli şöbəsinin binasına od vurublar. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, aksiya iştirakçıları bununla PKK terror təşkilatına dəstək verməkdə günahlandırılan partiyadan qisas aldıqlarını bildiriblər.

 

Qeyd edək  ki, terrorçuluğu dəstəkləməkdə günahlandırılaraq, HDP-nin hər iki həmsədri və Türkiyə parlamentinin bu partiyanı təmsil edən bir qrup deputatı bir müddət öncə həbs ediliblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı