Modern.az

ABŞ-ın Türkiyədəki səfirliyi bağlandı

ABŞ-ın Türkiyədəki səfirliyi bağlandı

World

20 Dekabr 2016, 09:33

Bu gün ABŞ-ın Ankaradakı səfirliyi ötən gecə baş verən iki atışmanın səbəbindən bağlı olacaq. Silahlı şəxs səfirliyə soxulmağa cəhd göstərsə də, polis onu saxlaya bilib.

Modern.az xəbər verir ki, ABŞ-ın Ankaradakı səfirliyinin "Twitter"dəki səhifəsində bu  haqda məlumat verilib.

Məlumata görə, ABŞ-ın Ankaradakı səfirliyi, həmçinin İstanbul və Adanadakı konsulluğu bu gün bağlanıb. Bildirilir ki, bu gün iş günü olmayacaq.

Xatırladaq ki, ötən gün Rusiyanın Ankaradakı səfiri Andrey Karlov sui-qəsd nəticəsində öldürülüb.

 

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı