Modern.az

Araqdan ölənləri sayı 58-ə çatıb

Araqdan ölənləri sayı 58-ə çatıb

Dünya

20 Dekabr 2016, 20:23

İrkutskda "Yemişan" adlı kosmetik vasitədən içki kimi istifadə edərək zəhərlənib ölənlərin sayı 58-ə çatıb. Modern.az saytı xarici mediaya  istinadən xəbər verir ki, ölənlərdən 34-ü xəstəxanada, qalanları isə evdə dünyasını dəyişib. Hazırda 97 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, İrkutsk Meriyası nəzdində Fövqəladə Vəziyyətlər üzrə Komissiya spirt tərkibli "Yemişan" ("Boyarişnik") məhlulundan kütləvi zəhərlənmə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan edib.

Fövqəladə vəziyyət boyunca spirt tərkibli məişət və gigiyenik vasitələrin satışı qadağan edilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı