Modern.az

Almaniyada partlayış: "Dortmund"-"Monako" oyunu təxirə salınıb

Almaniyada partlayış: "Dortmund"-"Monako" oyunu təxirə salınıb

Dünya

11 Aprel 2017, 22:34

Almaniyanın Dortmund şəhərində yerli futbol klubunun oyunçularını daşıyan avtobusun yaxınlığında partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış avtobusun hərəkətə başladığı anda baş verib.

Partlayış səbəbindən "Dortmund"-"Monako" oyunu təxirə salınıb.

Bəzi məlumatlarda oyunçulardan birinin yaralandığı bildirilsə də, fakt rəsmi təsdiqini tapmayıb.

 

Qeyd edək ki, partlayış “Signal İduna Park” arenasından 10 km uzaqlıqda baş verib.

                                                                                                                                               

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı