Modern.az

4 yaşlı uşaq malyariyadan öldü

4 yaşlı uşaq malyariyadan öldü

Мир

5 Sentyabr 2017, 14:36

İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib. Trend-in məlumatına görə, həkimlər bu faktın regionda son 30 ilin tək yoluxma faktı olduğunu qeyd ediblər.

 

Məlumata görə, uşaq şənbə günü helekopterlə Breşiya şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilib, hərarəti 40 dərəcədən yüksək olub.

 

Həkimlərin səylərinə baxmayaraq, ötən gün uşaq dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma başlayıb. Belə ki, uşağın hansı şəraitdə malyariyaya yoluxma faktı öyrəniləcək. Məlum olub ki, uşağın ailəsi son aylar ölkə hüdudlarını tərk etməyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı